14 İyul 2026
Ölkə futbolu

“Zirə”də “Kəpəz” oyunu öncəsi 4 itki

“Zirə” Misli Premyer Liqasının 34-cü turunda “Kəpəz”lə qarşılaşacaq.

İdmanxeber.az-a verilən məlumata görə, qəsəbə təmsilçisi bu görüşə itkilərlə çıxacaq. Belə ki, zədəli olan Donald Gerye, Hamdaui Mohamed və Filipe Paxtman oyunda iştirak edə bilməyəcəklər.

Bunlara yanaşı, cəzalı olan Adileu Mois də “Kəpəz”ə qarşı matçda meydanda olmayacaq.

“Zirə” Gəncə klubu ilə bu axşam saat 19:00-da qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43