Kateqoriyasız

“Zirə”dən ayrıldı, “Qarabağ”a qayıtdı

Ötən mövsümü “Zirə”də keçirən Rafael Məhərrəmli komandadan ayrılıb.

İdmanxeber.az-ın məlumatına görə, 20 yaşlı müdafiəçi müqavilə ilə məxsus olduğu “Qarabağ”a qayıdıb. Azərbaycanın U-21 yığmasının üzvü “Instagram” hesabında “Zirə”yə təşəkkür mesajı yollayıb.

Rafael ötən mövsüm Premyer Liqada 9 oyun keçirib. “Qartallar” gənc futbolçunu 1 illik icarəyə götürmüşdü.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43