Kateqoriyasız

Əfran İsmayılov “od püskürdü”: “Onlardı günahkar!”

"Xəzər Lənkəran"ın futbolçusu Əfran İsmayılov "İnter"ə uduzduqları matçla bağlı maraqlı açıqlama verib.

İdmanxeber.com-a danışan Lənkəran klubunun üzvü məğlub olmalarında müdafiə xəttindəki futbolçuların zəif olmasını göstərib:

"Oynamaq lazım deyil. Nəticə lazımdı. Nə olsun ki, yaxşı oynayırıq? Hanı nəticə? Rəhbərlik hər cür şərai yaradır komandaya, ancaq nəticə yoxdu. Pulumuzu verirlər, "premya"mızı verirlər, ancaq nəticə verə bilmirik. "İnter"lə oyunda gözəl şanslarımız var idi. Sağa-sola xərclədik. Birdə belə imkan harda əlimizə düşəcək? "Neftçi"ylə oyunda da imkanlarımız oldu, ancaq müdafiənin səhvindən qol buraxdıq. "Qarabağ"la oyunda da müdafiə xətti zəif oynadı. Biz müdafiə xəttinin səhvindən qollar buraxırıq. Hər oyundna sonra müzakirə edirik. Bunu biz etməməliyik. Bunu edəcək adamlar var. Onlar da düşünməlidi. Bir dəfə müdafiəyə görə uduzarsan, iki dəfə uduzarsan, daha bu qədər də yox da, ay qardaş".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43