“Qarabağ” ardıcıl 3-cü dəfə Azərbaycan Premyer Liqasının qalibi adına qazanıb.
Ağdam klubunun direktoru ƏmraH Çəlikəl matçdan sonra İdmanxeber.com-a danışıb:
“Bütün azarkeşlərizi təbrik edirik. İnşallah, “Qarabağ” bu il də Azərbaycanı avrokuboklarda yüksək səviyyədə təmsil edəcək”.
O bildirib ki, klubun prezidenti Tahir Gözəl Azərbaycanda olmadığı üçün matça stadiondan baxmayıb: “Amma o, televiziya ilə oyunu izləyib və komandaya təbriklərini çatdırıb”.
Klub rəsmisi komandanın mükafatlandırılması ilə bağlı sualı da cavablandırıb:
“Bu məsələ ilə bağlı rəhbərlik qərar verəcək. Yəqin ki, həmişə olduğu kimi, bu dəfə də komanda layiqli şəkildə mükafatlandırılacaq. Hətta kubokun Ağdama aparılması variantı da var”.