Ölkə futbolu

Əsgər Abdullayev: “Oyunun penaltilər seriyasına gedəcəyini düşünürək ciddi hazırlaşmışdıq”

Azərbaycan kubokunun 1/8 final mərhələsində doğma meydanda Zaqatalanın “Simurq” klubu ilə qarşılaşan “Araz Naxçıvan” rəqibini oyunsonrası penaltilərlə məğlub edərək 1/4 finala yüksəldi.

İqor Getman, “Simurq” klubunun məşqçisi: “Çətin oyun olacağını gözləyirdik. Oyun haqqında danışmaq istəmirəm. Rəqibi təbrik edirəm, gələcəkdə uğurlar arzulayıram”.

Əsgər Abdullayev, “Araz Naxçıvan” klubunun baş məşqçisi: “Rəqib Premyer Liqada “Qarabağ”dan sonra ən az top buraxan komandadır. Oyunun penaltilər seriyasına gedəcəyini düşünürək ciddi hazırlaşmışdıq. Çətin oyun oldu. “Simurq”a qarşıdakı oyunlarında uğurlar arzulayıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43