Ölkə futbolu

Əsgər Abdullayev: “Premyer Liqaya buraxılmamağımız futbolçulara pis təsir edib”

Azərbaycan I Divizionunun son çempionu "Turan Tovuz"un baş məşqçisi Əsgər Abdullayev yeni mövsümdən etibarən fərqli komandanın olacağını söyləyib.

İdmanxeber.com-un əməkdaşı ilə söhbətində, yeni mövsüm üçün hələ hazırlıqlara başlamadıqlarını, heyətə yeni futbolçular cəlb etmək fikrində olduqlarını bildirdi:

 "Bəzi aparıcı futbolçular klubu tərk etdi. Onların boşluğunu doldurmaq bir o qədər asan olmayacaq. Belə deyim, yeni mövsümdən etibarən komandamızda müəyyən dəyişiklilər olacaq. Ancaq nəsə demək hələ tezdi. Təbii ki, ötən mövsüm çempion olmağımıza rəğmən Premyer Liqaya buraxılmamağımız komandada qalan futbolçulara pis təsir edib və ruh düşkünlüyü yaradıb. Ancaq mən bu barədə danışmaq istəmirəm".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43