DÇ-2014-ün seçmə mərhələsinin Afrika zonasında qrup oyunları keçirilir.
“Qarabağ”ın futbolçusu Ulrix Kapolonqonun şərəfini qoruduğu Konqo millisi E qrupunun Niger ilə səfər matçında 90 dəqiqə meydanda mübarizə aparıb.
Komandası 2:1 geridəykən Ağdam klubunun futbolçusu vurduğu qolla millisini məğlubiyyətdən xilas edib – 2:2.
Bununlada autsaderlə oyunda itirilən 2 xal Konqo millisinin liderlik arzusunu gözündə qoyub. 6 oyundan sonra hesabında 11 xal olan Konqo millisi 3-cü mərhələyə yeganə vəsiqə verən zirvəni bu xal itkisi ilə əldən verib.