UEFA Avropa klublarının reytinq cədvəlini açıqladı. Reytinqdə Azərbaycanın 7 komandası yer alıb.
“Qarabağ” 209-cu pillədə (7.575) qərarlaşıb. “Neftçi” 219-cudur (7.075). “İnter” 285-ci (4.325), “Bakı” 288-ci (4.325), “Xəzər Lənkəran” 306-cı (3.825), AZAL və “Simurq” (hər biri 2.325) müvafiq olaraq, 378-ci, 379-cu pillədə yer alıblar.
Əlavə edək ki, Reytinqə “Barselona” başçılıq edir (152.114).