Milli komanda

Millimiz FİFA reytinqində irəlilədi

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, ötən ayla müqayisədə Azərbaycan milli komandası 2 pillə irəliləyərək 302 xalla 106-cı pillədə qərarlaşıb.

“Avro-2016″nın seçmə mərhələsində millimizin rəqiblərindən olan İtaliya 1 pillə irəliləyərək 16-cı yerə yüksəlib. Xorvatiya 13-cü (+1), Norveç 68-ci (-1), Bolqarıstan 69-cu (-1), Malta isə 159-cu (-1) yeri tutur.

Siyahıya Amerika kubokunun ikincisi Argentina yığması başçılıq edir. Belçika ikinci, Almaniya yığması isə daha bir pillə geriləyərək üçüncü olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43