DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası qərarlaşdığı C qrupunda 3-cü oyununa çıxıb.
İdmanxeber.com-un məlumatına görə, Prosineçkinin rəhbərlik etdiyi millimiz Ostravada Çexiya yığmasının qonağı olub.
İlk iki oyunda maksimum nəticə göstərən və qapısında qol görməyən millimiz "Vitkovitse" stadionunda keçirilən oyunda da qapısını toxunulmaz saxlaya bildi və nəticədə 1 xal qazanaraq qrup ikinciliyini qorumuş oldu.
DÇ-2018-in seçmə mərhələsi
Avropa zonası, C qrupu
III tur, 11 oktyabr
22:45. Çexiya – Azərbaycan 0:0
Baş hakim: Matey Yuq
Baş hakimin köməkçiləri: Tomaş Klançnik, Manuel Vidali
Dördüncü hakim: Mitya Jqaneç (hamısı Sloveniya)
Hakim-inspektor: Manuel Diaz Veqa (İspaniya)
UEFA nümayəndəsi: George Kumas (Kipr)
Ostrava. “Vitkovitse” stadionu