Son günlər "Qarabağ"ın braziliyalı futbolçusu Reynaldo Ağdam klubundan ayrılıb "Neftçi"yə keçəcəyi ilə bağlı müxtəlif fikirlər səslənir. Məlumata görə, futbolçuya Çin və ərəb ölkələrinin klublarından da təkliflər var.
İdmanxebr.com-un məlumatına görə, bununla bağlı "CBC Sport"a açıqlama verən "Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, Reyanldonun "Qarabağ"la 2018-ci ilədək müqaviləsi var və braziliyalının klubdan ayrılması gündəmdə deyil.