“Liverpul”un yarımmüdafiəçisi Adam Lallana komanda ilə müqavilə imzalayacaq.
İdmanxeber.com-un məlumatına görə, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
Məlumata görə, futbolçunun yeni müqviləsinin müddəti 2021-ci ilədək olacaq. O, yeni müqaviləni imzaladıqdan sonra həftəlik 150 min funt-sterlin məvacib alacaq.
Qeyd edək ki, Lallana cari mövsüm 22 Premyer Liqa oyununda iştirak edib və 7 qol vurub.