İspaniyanın “Barselona” futbol klubu argentinalı futbolçu Lionel Messiyə klubla müqavilənin uzadılması üçün 40 milyon avro təklif edəcək.
İdmanxeber.com-un məlumatına görə, ulduz futbolçunun hazırkı müqaviləsi 2018-ci ildə başa çatır.
Daha əvvəl, “Barselona”nın L.Messiyə illik 35 milyon avro əmək haqqı təklif etməyə hazır olduğu bildirilmişdi.
Qeyd edək ki, klub braziliyalı hücumçu Neymarla müqavilənin uzadılması üçün 30 milyon avro ödəmişdi.