“Qəbələ”nin sabiq futbolçusu Marat İzmaylov “Krasnodar”la müqaviləni qarşılıqlı şəkildə ləğv edib.
İdmanxeber.com-un məlumatına görə, bu haqda klubun saytı məlumat yayıb. 34 yaşlı yarımmüdafiəçi ailə vəziyyətinə görə komandadan ayrılıb.
Xatırladaq ki, Rusiya millisinin sabiq üzvü olan İzmaylov 2014-cü ildə “Qəbələ”də çıxış edib.