Rusiya “Spartak”ının əslən azərbaycanlı futbolçusu Ayaz Quliyev “Anji” ilə daha bir il müddətinə icarəyə verilib.
İki klub arasındakı anlaşma 2017-2018 mövsümünün sonunadək qüvvədə olacaq.
A.Quliyev ötən mövsümün ikinci yarısında da Dağıstan təmsilçisinin formasını geyinib. O, 12 matçda meydana çıxıb və yaxşı oyunu ilə diqqət çəkib.