Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.
İdmanxeber.com-un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Püşkatmada təmsilçimiz "Qarabağ”ın da mümkün rəqibi müəyyənləşəcək.
ÇL-in 2-ci təsnifat mərhələsinin “Samtredia” ilə ilk oyununda 5:0 hesablı qələbə qazanan Ağdam klubu 3-cü mərhələnin bir addımlığındadır.
Püşkatmada 2-ci təsnifat mərhələsinin 17 cütü və mübarizəyə 3-cü təsnifat mərhələsindən qoşulacaq 13 klub iştirak edəcək.
“Qarabağ”ın əmsalı yüksək olduğundan “Samtredia” ilə birgə səpələnmişlər sırasında yer alıb. Bu isə cütün qalibinin səpələnməmişlər sırasında olan – nisbətən asan rəqiblə qarşılaşacağı deməkdir.
Beləliklə, Azərbaycan çempionu 3-cü təsnifat mərhələsində səpələnməmişlər sırasında olan “Vitorul”, “Slaviya” və 8 cütdən birinin qalibi ilə qarşılaşa bilər.
Artıq “Qarabağ” üçün mümkün variantların sayı 5-ə, rəqiblərinin sayı 9-a enib. Bunlar “Partizan” (Serbiya) – “Buduçnost” (Monteneqro) cütünün qalibi, “Riyeka” (Xorvatiya) – TNS (Uels) cütünün qalibi, “Şerif” (Moldova) – “Kukesi” (Albaniya) cütünün qalibi, “Hapoel” (Beyer Şeva, İsrail) – “Honved” (Macarıstan) cütünün qalibi və “Vitorul” (Rumıniya) klubudu.
Çempionlar Liqası
III təsnifat mərhələsi
“Slaviya” (Çexiya) – BATE (Belarus) – “Alaskert” (Ermənistan) cütünün qalibi
“Spartak” (Latviya) – “Astana” (Qazaxıstan) cütünün qalibi – “Mariehamn” (Finlandiya) – “Legiya” (Polşa) cütünün qalibi
“Zrinski” (Bosniya və Herseqovina) – “Maribor” (Sloveniya) cütünün qalibi –
“Hafnarfyordur” (İslandiya) – “Vikinqur” (Farer adaları) cütünün qalibi
“Jilina” (Slovakiya) – “Kopenhagen” (Danimarka) cütünün qalibi –
“Malmö” (İsveç) – “Vardar” (Makedoniya) cütünün qalibi –
“Linfild” (Şimali İrlandiya) – “Seltik” (Şotlandiya) cütünün qalibi – “Dandalk” (İrlandiya) – “Rusenborq” (Norveç) cütünün qalibi
“Hapoel” (Beyer Şeva, İsrail) – “Honved” (Macarıstan) cütünün qalibi –
“Jalgiris” (Litva) – “Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi
“Vitorul” (Rumıniya) – APOEL (Kipr) – “Dudelanj” (Lüksemburq) cütünün qalibi
“Hibernians” (Malta) – “Zalsburq” (Avstriya) cütünün qalibi – “Riyeka” (Xorvatiya) – TNS (Uels) cütünün qalibi
“Qarabağ” (Azərbaycan) -“Samtredia” (Gürcüstan) cütünün qalibi –
“Şerif” (Moldova) – “Kukesi” (Albaniya) cütünün qalibi
“Partizan” (Serbiya) – “Buduçnost” (Monteneqro) cütünün qalibi – “Olimpiakos” (Yunanıstan)
Qeyri-çempionlar
Səpələnmişlər
“Dinamo” (Kiyev, Ukrayna)
“Ayaks” (Hollandiya)
“Viktoriya” (Çexiya)
MOİK (Rusiya)
“Brügge” (Belçika)
Səpələnməmişlər
“Styaua” (Rumıniya)
“Yanq Boyz” (İsveçrə)
“Nitsa” (Fransa)
“Başakşehər” (Türkiyə)
AEK (Yunanıstan)