“Qarabağ” bu gün “Çelsi”ylə qarşılaşmanın hazırlıqlarını tamamlayıb.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Ağdam klubunun son məşqi oyunun keçiriləcəyi “Stamford Bric” stadionunda baş tutub və yerli vaxtla 18:45-də (Bakı vaxtıyla 21:45) start götürüb.
Futbolçular isinmə hərəkətlərinin ardından toplu çalışmaları yerinə yetirib. Son hazırlıq təxminən 1 saat davam edib.
|