Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirəcək.
İdmanxeber.com-un məlumatına görə, yığmamız “Antalyaspor” klubunun U-19 komandası ilə qarşılaşacaq. Qarşılaşma yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 16:00) başlayacaq.
Qeyd edək ki, millimiz ilk yoxlama görüşündə Kosovoya 0:1 hesabı ilə uduzub.
30 yanvar
Yoxlama oyunu
16:00. Azərbaycan U-19 – “Alanyaspor” U-19