Mart ayının 23-ü futbol üzrə əsas milli komandamız Belarus yığması ilə qarşılaşacaq.
İdmanxeber.com–un məlumatına görə, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. Belarus Futbol Federasiyasının yaydığı informasiyaya əsasən, matç rəqib ölkədə də efirə gedəcək. Belarusun Dövlət televizyası oyunu azarkeşlərə təqdim edəcək.
Qeyd edək ki, görüşün başlama saatı 20:00-dı.