“Everton” baş məşqçisi Sem Ellardaysla yollarını ayırıb.
İdmanxeber.com-un məlumatına görə, bu barədə klubun saytı xəbər yayıb.
Rəhbərlik ingiltərəli mütəxəssisinin işindən razı qalmadığı üçün onun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, 64 yaşlı məşqçi 2017-ci ilin noyabrından “Everton”u çalışdırırdı. Liverpul təmsilçisi mövsümü 8-ci pillədə başa vurub.