“İlk oyundakı nəticə məni təəccübləndirdi. Belarusiya təmsilçisi HİK-lə oynadığı matçda daha fərqli oyun nümayiş etdirmişdi”
İdmanxeber.az-ın məlumatına görə, azərbaycanlı mütəxəssis Aslan Kərimov bugün axşam keçiriləcək BATE-“Qarabağ” oyunu barəsində Belarusiya mətbuatına açıqlama verib. O, ilk oyunun nəticəsinin sürpriz olduğunu bildirib:
“”İlk oyundakı nəticə məni təəccübləndirdi. Belarusiya təmsilçisi HİK-lə oynadığı matçda daha fərqli oyun nümayiş etdirmişdi. “Qarabağ” avrokuboklarda kifayyət qədər təcrübəli komandadır. BATE ilə ilk oyunda isə onlarda heç nə alınmadı. Ancaq “Qarabağ”ın aparıcı futbolçusu Dani Kintananın da meydana çıxmamağını qeyd etmək lazımdır. Hansı ki, o, bir dəqiq ötürmə ilə müdafiəni yara bilir. Dani çox texnikalı futbolçudur. O, ikili mübarizələrdə yaxşı oynaya və müdafiəçilərin düzülüşünü poza bilir. Lakin o zədə səbəbindən meydana çıxa bilmədi. Azrkeş kimi təmsilçimizi növbəti mərhələdə görmək istəyirəm. Qol vura bilsək bərabərsəviyyəli oyun izləyəcəyik. Əgər növbəti mərhələyə BATE keçsə, mənim üçün yox, ancaq azarkeşlər üçün faciə olacaq.”