“Sumqayıt” MOİK-lə yoxlama oyunu keçirəcək
İdmanxeber.az-ın məlumatına görə, Milli komandaların oyunları ilə əlaqədar olaraq çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt” növbəti yoxlama oyununda qüvvəsini sınayacaq. “Kimyaçılar” I Divizion təmsilçisi MOİK-lə qarşılaşacaq. Oyun 8 sentyabr, saat 17:00-da Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionunda baş tutacaq.