İki futbolçu millidən kənarlaşdırılıb.
İdmanxeber.az-ın məlumatına görə, Komandamızın baş məşqçisi Qurban Qurbanov müdafiəçi Bəxtiyar Həsənalızadə və hücumçu Ruslan Qurbanovun adını siyahıdan çıxarıb. Əvəzində isə “Neftçi”nin futbolçusu Namiq Ələskərovun adı 23-lüyə daxil edilib.
Qeyd edək ki, Bəxtiyar Həsənalızadə Kosovo ilə görüşdə iştirak etməmişdi. Ruslan Qurbanov isə ilk 11-likdə meydana çıxdığı oyunun 61-ci dəqiqəsində əvəzlənmişdi.