Azərbaycan Premyer Liqasında XIII turun “Sabah” – “Qarabağ” (0:1) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
O, əvvəlcə görüş barədə fikirlərini bildirib.
– Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə idi. İstədiyimiz oyunu göstərməsək də, bu, bir az da mümkün deyildi. Eyni şey hər iki komandaya aiddir. Futbolçular çox əziyyət çəkdi.
– Rəqibdə dəyişiklik hiss etdizmi?
– Fərqli oyun üslubu var idi. Qarşıdakı oyunlarda bunu daha çox görəcəyik. İstədiklərini tam göstərməyə vaxt lazımdı.
– Avroa Liqası oyunundan sonra komandada vəziyyət necədi?
– Normaldı. Bir az psixoloji gərginlik var. Bunu hiss edirəm. Qarşıdakı oyunlara baxmalıyıq.