Çempionlar Liqasında mübarizəni dayandıran “Qarabağ” yoluna Avropa Liqasının pley-off mərhələsində davam edəcək.
İdmanxeber.az-ın məlumatına görə, bu mərhələnin püşkatması sentyabrın 18-də gerçəkləşəcək. İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə 16:00-da başlayacaq.
Pley-off mərhələində 16 komanda mübarizə aparacaq.
Qeyd edək ki, bir matçdan ibarət pley-offun oyunları oktyabrın 1-də keçiriləcək.