Xəbər verdiyimiz kimi “Qarabağ” Avroliqanın qrup mərhələsi çərçivəsində ilk görüşünü keçirib və İsraildə “Makkabi”yə uduzub.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov yenilgini şərh edib:
“Rəqibi təbrik edirəm. Bura nəticə qazanmaq üçün gəlmişdik, amma alınmadı. Heyətimizdə problemlər var idi, buna baxmayaraq ən yaxşısını etməyə çalışdıq. Artıq bu oyunu unudub qarşıdakı oyunlara hazırlaşmalıyıq, bizi qrupda bir-birindən gərgin 5 oyun gözləyir”.