İdman

AÇ: Portuqaliya – Azərbaycan matçının başlama saatı dəqiqləşdi

Futzal üzrə Avropa çempionatının 1/4 finalında sabah baş tutacaq Portuqaliya – Azərbaycan oyununun başlama saatı bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, Sloveniyanın paytaxtı Lüblyanada keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, oyun “CBC Sport” telekanalında canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43