Kateqoriyasız

AFFA Cavid İmamverdiyevi cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə Premyer Liqanın 23-cü turunda baş verən qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.

Premyer Liqanın 23-cü turunun “Kəpəz” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə edilib.      

Premyer Liqanın 23-cü turunun AZAL – “Rəvan” matçının 51-ci dəqiqəsində AZAL klubunun 4 nömrəli futbolçusu Qvanzav Maqomedov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib.

Premyer Liqanın 23-cü turunun “Zirə” – “Neftçi” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.       

Oyunun 43-cü dəqiqəsində “Neftçi” klubunun 10 nömrəli futbolçusu Cavid İmamverdiyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib. Oynunun 1-ci hissəsi başa çatdıqdan sonra “Neftçi” klubunun məşqçisi Dimitri Kramarenko qaydaları pozduğuna görə texniki zonadan kənarlaşdırılıb. Bu səbəbdən məşqçi 1 oyun cəzalanıb, klub 1000 manat cərimə olunub.

Premyer Liqasının XXIII turunun “İnter” – “Qarabağ” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43