Ölkə futbolu

AFFA-da imtahan

AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Qrupunun təşkilatçılığı ilə klublarda lisenziyalaşdırma sahəsində çalışan yeni əməkdaşlar üçün imtahan keçirilib.

İdmanxeber.az xəbər verir ki, iştrakçılar imtahanda onlayn və şəxsən iştirak edib. İmtahandan əvvəl Lisenziyalaşdırma Qrupunun əməkdaşları iştirakçılara imtahanın şərtlərini xatırladıb və verilən sualları cavablandırıblar. İmtahandan müvəfəqiyyətlə keçən klub nümayəndələri xüsusi sertifikatla təltif olunacaqlar.

Lisenziya qaydalarına əsasən Lisenziya iddiaçısı olan hər bir klubun lisenziyalaşdırma üzrə meneceri qeyd olunan sertifikata malik olmalıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43