Dünya futbolu

AFFA-dan “Birlik kuboku” ilə bağlı təklif

Rusiya mətbuatı Azərbaycanın “Birlik kuboku” turnirini bərpa etmək təklifini gündəmdə saxlamaqda davam edir.

İdmanxeber.com-un məlumatına görə, qonşu ölkənin tanınmış championat.com saytı bununla bağlı AFFA-ya müraciət edib.

Rus həmkarlarımızın yazdığına görə, assosiasiyamızın mətbut xidmətindən bildirilib ki, həmin beynəlxalq turnir yenidən keçiriləcək, onun iştirakçıları isə digər ölkələrin komandalarının cəlb olunması sayəsində artırılacaq:

“Birlik kuboku”nun əhəmiyyətini və bu nüfuzlu yarışın bərpa olunması istəyi nəzərə alınaraq AFFA prezidenti Rövnəq Abdullayevlə Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko bu məsələni növbəti görüşdə müzakirə ediblər. Məhsuldar keçən müzakirələrdən sonra AFFA bu təkliflərlə çıxış edib – turniri təşkil etmək və keçirmək ölkələri növbələşdirmə prinsipi ilə olsun, bu yarışın qalibi növbətinin təşkilatçısı olsun, turnirin iştirakçılarının sayının artırılması məqsədilə qonşu ölkələrin komandalarına müraciət olunsun”.

Xatırladaq ki, Mutko 2016-cı ildə adətən Moskvada keçirilən bu turnirin bağlandığını elan edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43