Ölkə futbolu

AFFA “Kəpəz”, AZAL və “Sumqayıt”ı cərimələdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan Premyer Liqasının 28-ci turunun “Kəpəz” – “İnter” matçında “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 28-ci turunun “Sumqayıt” – “Qəbələ” matçının 50-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Akşin Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunub.

Əvəzedici heyətlərin 28-ci turunun AZAL – “Zirə” matçının 63-cü dəqiqəsində AZAL-ın futbolçusu Tural İbrahimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.

Azərbaycan 1-ci divizionunun 26-cı turunun MOİK – “Göyəzən” matçının 47-ci dəqiqəsində MOİK-in futbolçusu Rafiq Kərimov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43