Milli komanda

Almaniya millimizi darmadağın etdi YENİLƏNİB)

Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasının V turu çərçivəsində Azərbaycan milli komandası növbəti oyununa çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Prosineçkinin rəhbərlik etdiyi milli komandamız 2017-ci ilin ilk rəsmi matçında dünya çempionu Almaniya ilə üz-üzə gələcək.

Bu günə kimi almanlarla 4 dəfə görüşən yığmamız bütün oyunlarda məğlub olub. Bu matçın da favoriti qonaqlardı.

4 oyundan sonra aktivində 7 xalı olan millimiz üçün 26 mart tarixi heç də uğurlu gün deyil. Belə ki, "ay-ulduzlu"lar bu tarixdə keçirdiyi 5 görüşün hamısında məğlub olub.

Rəqibin gücünə, tarixin uğursuzluğuna baxmayaraq azarkeşlər millidən əzmkar oyun, gözəl futbol gözləyir. 

 

DÇ-2018-in seçmə mərhələsi

C qrupu

26 mart

20:00. Azərbaycan – Almaniya 1:4
QOL: Andr Şürle, 19 (0:1), 81 (1:4), Dmitri Nazarov, 30 (1:1), Tomas Müller, 36 (1:2), Mario Qomez, 45 (1:3)

Hakimlər: Daniele Orsato, Mauro Tonolini, Rikkardo di Fiore, Marko Quida (hakimlər briqadası İtaliyadandı)

Komissar: Adrian İksari (Moldova)

Hakim-inspektor: Aleksey Spirin (Rusiya)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43