İdman

“Araz”ın rəqibləri müəyyənləşib

Bu gün İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA kubokunun elit-raund mərhələsinin püşkatması keçirilib.

İdmanxeber.com-un məlumatına görə, püşkün nəticəsinə əsasən, turnirdəki təmsilçimiz “Araz” ISK Dina Moskva (Rusiya), Slov-Matic Bratislava (Slovakiya), FK EP Chrudim (Çexiya) komandaları ilə B qrupunda mübarizə aparacaq. Bu qrupun oyunları Çexiyada təşkil olunacaq.

Qeyd edək ki, “Araz” hazırda futzal klublarının UEFA reytinq siyahısında İspaniyanın “Barselona” və Qazaxıstanın “Kayrat” klubundan sonra 3-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43