Dünyadan

“Atletiko”dan 35 milyonluq transfer (RƏSMİ)

“Atletiko” “Porto”dan transfer etdiyi hücumçu Cekson Martinesi Madrid klubunun futbolçusu kimi rəsmən ictimaiyyətə təqdim edilib.

İdmanxeber.com-un məlumatına görə, 28 yaşlı forvard Madrid klubunda 11 nömrəli forma ilə çıxış edəcək.

“Atletiko” Martinesinin transferi üçün “Porto”ya 35 milyon avro ödəyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43