“Qalatasaray”ın yeni transferi Nikolo Zaniolonun elçiləri artır.
İdmanxeber.az İspaniyanın AS nəşrinə istinadən xəbər verir ki, italiyalı oyunçu “Milan” klubunun maraq dairəsindədir. A Seriyası təmsilçisi Zaniolonu mövsümün sonunda transfer etmək niyyətindədir.
Qışda “Roma”dan “Qalatasaray”a keçən futbolçunun müqaviləsində 35 milyon avro qarşılığında sərbəst qalacağı bildirilib. Milan təmsilçisi oyunçu heyətinə qatmaq istəsə də, bu məbləği ödəmək istəmir.
İtaliya klubu “Qalatasaray”a 30 milyon avro təklif etməyə hazırlaşır. Rəsmi təklifin gələcəyi təqdirdə Zaniolonun da bu transferə müsbət yanaşacağı vurğulanıb.