“Ayaks” yeni baş məşqçisini müəyyənləşdirib.
Marsel Kayzer əsas komandanın baş məşqçisi təyin edilib. Buna qədər 48 yaşlı mütəxəssis gənclərdən ibarət komandanı çalışdırırdı.
Onunla 2019-cu ilin iyununa qədər müqavilə imzalanıb. Kayzer bu vəzifədə Dortmund “Borussiya”sına rəhbərlik edəcək Peter Boşu əvəzləyib.