Ölkə futbolu

Ayxan Abbasov: “Çempionata tam hazır olmalıyıq”

“Bilirsiniz ki, hazırlıqlar ağır, komanda isə yorğun olur. Bugünkü oyunda futbolçularımızın istəyi, tapşırıqları düzgün yerinə yetirmələri bizi qane etdi. Qələbə qazandıq və komandamızın oyunundan razı qaldıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Türkiyədə təlim-məşq toplanış çərçivəsində “Vardar”a (Makedoniya) 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra klubun saytına deyib.

“Çalışırıq ki, yoxlama oyunlarında bütün oyunçularımıza şans verək. Çünki, toplanışdan sonra çempionata tam hazır şəkildə başlamalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43