Kateqoriyasız

AZAL-ın futbolçusu üçün mövsüm bitdi

AZAL klubu ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Topaz Premyer Liqanın 25-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirilən oyunda zədələnərək matçı yarımçıq tərk edən Taqim Novruzov üçün mövsüm bitib.

Dünən Mərkəzi Gömrük Hospitalında MRT müayinəsində keçən futbolçuya sağ diz oynağının çarpaz ön bağlarının tam qopması diaqnozu qoyulub.

T.Novruzovun ən azı 6 ay yaşıl meydançaya çıxmayacağı dəqiqləşib. Klub rəhbərliyi hazırda onun əməliyyatı ilə bağlı məsələləri həll etməklə məşğuldur. Taqimin yaxın vaxtlarda Türkiyənin Ankara şəhərinə yollanacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43