İdman

Azarkeşlərimiz Lüksemburqda “Zirə” üçün birləşdi!

Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Zirə" Lüksemburqda "Differdanj"ın qonağı olacaq.

İdmanxeber.com-un məlumatına görə, təmsilçimiz səfər oyununda da dəstəksiz qalmayacaq. Klubun mətbuat xidmətindən saytımıza verilən məlumata görə, "Zirə" azarkeşləri üçün 56 bilet ayrılıb. Bundan əlavə, Avropada milli komandamızın və klublarımızın səfər oyunlarında iştirak edən "Milli dəstə" fan qrupu da iştirak edəcək. Lüksemburqda yaşayan azərbaycanlıların da oyunda komandamızı dəstəkləyəcəyi gözlənilir.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Xatırladaq ki, oyuna bütün biletlər satılıb. Stadionun tutumu 2500 nəfərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43