Kateqoriyasız

Azərbaycan – İtaliya matçı üçün Bakıda xüsusi avtobuslar işləyəcək

Sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan-İtaliya futbol matçı ərəfəsində saat 21:30-dan etibarən azarkeşlərin rahat və maneəsiz şəkildə daşınması üçün Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti və “Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımalarının Təşkili” MMC tərəfindən xüsusi marşrut avtobusları ayrılıb.

İdmanxeber.com-un məlumatına görə, azarkeşlər müəyyən olunmuş ərazilərdən ekspress avtobuslarla rahat şəkildə stadiona gələ və eyni zamanda geri qayıda biləcəklər.

Şəhərətrafı marşrut xətləri üzrə stadiona gəlmək üçün 40, şəhərdaxili marşrut xətləri üzrə 120 avtobus ayrılıb. Ehtiyac yaranarsa, əlavə ehtiyat 20 avtobus sərnişinlərə xidmət göstərəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43