Kateqoriyasız

Benzemanın yeni uğuru

VRO-2016-ya ev sahibliyi edəcək Fransa yoldaşlıq oyununda qüvvəsini sınayıb. 

İdmanxeber.com-un məlumatına görə, fransızlar Ermənistan yığmasını darmadağın edib – 4:0. 

Bu oyun rəqib qapısından 2 top keçirən Kərim Benzema üçün əlamətdar olub.

Hücumçu milli komandanın heyətində 27-ci qolunu vurmaqla Silven Viltoru (26 qol) geridə qoyub. Bununla da, Benzema millinin bombardirlər cədvəlində 8-ci yerə yüksəlib.

Benzemadan öndə olan futbolçular bunlardır:

1. Tyerri Anri – 51 qol

2. Mişel Platini – 41 qol

3. David Trezeqe – 34 qol

4. Zinəddin Zidan – 31 qol

5. Jüst Fonten – 30 qol

6. Jan Pyer Papen – 30 qol

7. Yuri Corkayeff – 28 qol


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43