Dünya futbolu

Barış Alper Yılmaza 18 milyonluq təklif

”Aston Villa” “Qalatasaray”ın oyunçusu Barış Alper Yılmazla maraqlanır.

İdmanxeber.az məlumat verir ki, Premyer Liqa klubu türkiyəli cinah oyunçusu üçün 18 milyon avro ödəməyə hazırdır.

Barış Alper 2021-c ildən “Qalatasaray”da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə, 49 oyuna çıxıb, 6 qol vurub və 9 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43