Dünya futbolu

Baş məşqçi: “Şeydayev daha çox oynamağa layiqdir”

“Krılya Sovetov”un baş məşqçisi Miodrad Bajoviç klubun rəsmi saytına müsahbə verib. O, millimizin hücumçusu Ramil Şeydayevin daha çox oynaması gərəkdiyini bildirib:

“Futbolçuları yalnız oyun vaxtı görməklə hər gün onlarla danışmaq fərqli şeylərdir. Bu mənada, əvvəl izlədiyin oyunçular barədə sonradan fikrinin dəyişməsi normaldır. Futbolçu var ki, ona qarşı fikrim mənfiyə, bəzilərinə qarşı isə müsbətə doğru dəyişib. Çalışdığım futbolçulardan Şeydayevi qeyd edərdim. Bu futbolçu ona verilən şansdan daha çoxuna layiqdir. Ümid edirəm ki, hazırkı vəziyyəti dəyişmək üçün imkan olacaq”.

Qeyd edək ki, Bojoviç bu ilin oktyabr ayının 5-dən “Krılya Sovetov”a başçılıq edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43