Dünya futbolu

Benzema Fransa millisinə qayıdır

“Real” klubunun üzvü Kərim Benzema yenidən Fransa millisinə dəvət ala bilər.

İdmanxeber.com-un məlumatına görə, Fransa millisinin baş məşqçisi Didye Deşam bu barədə məlumat verib. O, Benzema ilə bağlı verilən sualə belə cavablandırıb:

“Benzema ilə bağlı vəziyyət? Artıq olan olub. Onunla heç bir problemim yoxdur. Hazırda yığmada olan bəzi futbolçular vaxtilə ünvanıma yolverilməz ifadələr işlədib, ancaq sonradan yenidən milliyə qayıdıblar. Hansısa oyunçunun yığmaya çağırılması onunla şəxsi münasibətlərimizdən asılı deyil. Kərim hələ də ən güclü fransalı hücumçulardan biridir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43