Dünya futbolu

Braziliya millisinin hücumçusu “Mançester Yunayted”də

“Mançester Yunayted” heyətini yeni futbolçu ilə gücləndirib.

Bu barədə italiyalı insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib.

O, “qırmızı şeytanlar”ın Niderland “Ayaks”ının və Braziliya millisinin hücumçusu Antonini transfer etdiyini yazıb. 22 yaşlı forvardla 5+1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, “Mançester Yunayted”in Antoni üçün qarşı tərəfə 100 milyon avro təzminat ödəyəcəyi bildirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43