Kateqoriyasız

Bu da son! “Bakı”nın oyunu təxirə salındı, komandaya xəbərdarlıq edildi

Bu gün Azərbaycan Premyer Liqasının 2014/2015 mövsümünün açılış matçında keçirilməli olan "Bakı" – "Simurq" oyunu baş tutmayacaq.

İdmanxeber.com-un  PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, paytaxt klubu Premyer Liqada çıxış etmək üçün tələb olunan sənədləri Peşəkar Futbol Liqasına təqdim etmədiyi üçün oyun təxirə salınıb.

PFL prezidenti Ramin Musayevin əmrinə əsasən "Bakı" klubuna avqustun 15-nə kimi vaxt verilib. Əks təqdirdə komanda Premyer Liqadan kənarlaşdırılacaq.

1. Azərbaycan Premyer Liqasının 2014/2015 mövsümündə iştirak edən “Bakı” klubu Premyer Liqada çıxış etmək üçün tələb olunan sənədləri 15 avqust 2014-cü il tarixinə kimi PFL-ə təqdim etməzsə, klub yarışlardan kənarlaşdırılsın.

2. “Bakı” klubunun iştirakı ilə Azərbaycan Premyer Liqası və əvəzedici komandalar arasında yarışın I turunun oyunları yuxarıda göstərilmiş səbəbdən təxirə salınsın.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43