İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Premyer Liqanın 8-ci turunun “Qarabağ”a qarşı keçirilən matçından sonra keçirilən mətbuat konfransında deyib. Rumıniyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
– Əsas rəqiblərinizə uduzursunuz…
– “Sabah”la matçda qapımıza üç penalti təyin edildi. Bunlar fərqli görüşlərdi. Məncə, bu gün “Qarabağ”a qarşı yaxşı oynadıq. Futbolçularıma güvənirəm.
– Solomon Kvirkveliyanın ehtiyatda qalmasına nə səbəb olmuşdu?
– “Qarabağ”a qarşı ilk dəfə oynamış oldunuz. Rəqib barədə nə deyəcəksiniz?
– İlk dəqiqələrdən “Qarabağ”a qarşı hücum futbolu oynamağa çalışdıq. Yaxşı, uğurlu epizodlar da oldu. “Qarabağ”ın güclü oyunçuları və geniş heyəti var. Müdafiədə oynamayaraq risk etmiş olduq. Bu oyun bizim üçün yaxşı dərs olmalıdı.