Ölkə futbolu

“Bu hakimliklə qazanmaq şansımız yox idi” – Murad Musayev

“Meydanda bu gün mübarizə var idi. İkili mübarizələrdə rəqibə uduzduq. Üçüncü zonada problem yaşayırdıq. 10 nəfərlə qaldıqdan sonra xarakter göstərdik və hesabı bərabərləşdirdik. Çox yaxşı qol şansımız da var idi. Amma istifadə edə bilmədik. Oyunun sonunda konsentrasiyanı itirdik. Rəqib də bundan faydalandı. Bizim üçün çox vacib olan xallar itirdik”

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Murad Musayev “Səbail” məğlubiyyəti (1:2) sonrası mətbuat konfransı zamanı deyib. O, görüşün baş hakimi İnqilab Məmmədovdan narazılıq edib:

“İlk 15 dəqiqədə bizim müdafiəçilərimizə sarı vərəqə göstərirsə, deməli niyyəti fərqlidir. Bu hakim bizim bir oyunçumuza “Qarabağ”la matçdan öncə heç nədən qırmızı vərəqə göstərmişdi. Bu gün Zakpa qaydanı pozmuşdu, amma bizim futbolçuya qırmızı vərəqə verdi. Bu hakimliklə qazanmaq şansımız yox idi”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43