Ölkə futbolu

“Buna görə hakim VAR-a çağırılmır” – Rəşad Sadıqov

“Ehtiyatsızlıq ucbatından qırmızı vərəqə aldıq. Bu epizod nizam-intizamla bağlı deyildi. Bir çox oyunda azlıqda qalmışıq. Bu, məni üzür. Bu gün ofsayddan sonra hakimin VAR-a nə üçün çağırıldığını bilmədim. Əgər epizod sarı vərəqlikdirsə, buna görə hakim VAR-a çağırılmır. VAR-da gündə bir qərar çıxır. Bəlkə də belə qərar var, biz bilmirik? Bilmirəm. VAR-la bağlı çox suallar, qaydalar var”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

“Neftçi”yə məğlubiyyəti şərh edən Sadıqov sözlərinə belə davam edib:

“Bu gün hər komandanın müəyyən potensialı var idi. Bizim hədəfimiz Konfrans Liqasına qatılmaqdır. “Qarabağ”, “Neftçi” böyük komandalardır. Əsas məqsəd dördlüyə qatılmaqdır. Biz risk etməyə məcburuq. Oyundan qabaq qələbəyə köklənmişdik. Amma olmadı. Dördüncü yeri qoruyub saxlamalıyıq. “Sumqayıt”la oyunda da, bu matçda da komandamdan razı qaldım. Balanslaşdırılmış oyun gedirdi. Yolumuza davam edirik. Gələn il komandamız rəqabətə daha da hazırlıqlı olacaq. Üçlüyə düşmək asan deyil”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43