Ölkə futbolu

“Problemi olan oyunçular bizə qoşulublar” – “Neftçi”nin baş məşqçisi

“Nəticəyə görə çox sevinirəm. Sevinirəm ki, kiçik problemi olan oyunçular da bizə qoşulublar. Yeni futbolçularımdan razı qaldım. Oyundan-oyuna daha da yaxşı olmalıyıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının 20-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edərkən deyib.

Qələbə qazanan “ağ-qaralar”ın çalışdırıcısı o, daha sonra bunları deyib:

“Stabilliyi qoruyub saxlamaq üçün oyunçular və davamlılıq lazımdır. Onların bir yerdə oynaması vacibdir. Ehtiyat oyunçular skamyası da yaxşı oyunçulardan təşkil edilməlidir. Hər oyunda görə bilərsiniz ki, 5-6 oyunçu ehtiyatda oturur. Onlar əzmkarlıq nümayiş etdirməlidirlər. Belə olduqda onlar da inkişaf edəcəklər və daha da yaxşı çıxış edəcəklər. Çalışırıq ki, oyundan-oyuna daha da yaxşı çıxış edək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43